Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Destini Udoci bir müddət futbol oynaya bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in oyunçusu sıradan çıxıb. İtalyalı müdafiəçinin bud əzələsi növbəti dəfə zədələnib. “Mançester Yunayted”lə oyunda zədələnən 23 yaşlı futbolçu təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Tomas Frank məlumat verib.
Udoci bu mövsüm premyer-liqanın 13 oyununda iştirak edib.