Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Memfis Depay uzun müddətə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Korintians”ın hücumçusu zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Niderlandlı futbolçu sağ bud nahiyəsindən ikinci dərəcəli əzələ zədəsi alıb. Onun təxminən 4 həftəlik sıradan çıxacağı gözlənilir.
Depay zədəni “Flamenqo”ya qarşı keçirilən oyunun (1:1) birinci hissəsində alıb. Bu səbəbdən hücumçu Braziliya çempionatının bir neçə turunu, Libertadores Kubokunun qrup mərhələsinin ilk oyunlarını, həmçinin Niderland yığmasının iki yoldaşlıq oyununu buraxacaq. “Narıncılar” martın 27-də Norveçlə, 31-də isə Ekvadorla qarşılaşacaqlar.
Memfis “Korintians”da 2024-cü ildən çıxış edir. Onun müqaviləsi iyul ayının sonuna qədər qüvvədədi. Depay bu mövsüm keçirdiyi 12 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.