Bir ay ərzində dövlət sərhəddində 1 milyon 740 manatlıq qaçaqmal aşkarlanıb

03.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Noyabr ayı ərzində dövlət sərhədində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, "Makarov" PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью