Bir ay əvvəl aldığı ev yandı Video

15.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb. Adil Əliyevə məxsus, kürsülü, birmərtəbəli və 80 kvadratmetr sahəsi olan evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunsa da, ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb.
Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью