Bir ay əzbərləyib gedib imtahan verirdilər, 1 həftə sonra yadlarından çıxırdı Komitə sədri

25.04.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ölkədə elə bir patologiya, xəstəlik olmamalıdır ki, İcbari Tibbi Sığortadan kənarda qalsın. Çünki insanların ehtiyacı var”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri həmçinin qeyd edib ki, sertifikasiya imtahanında ballarla bağlı əsas şərtlərə çox ciddi baxılmalı, səviyyəsi çox aşağı salınmamalıdır:

“İndiki vaxta qədər olan sertifikasiya nə idi?! Otururdular 1-2 həftəyə, 1 aya əzbərləyirdilər, gedib imtahanı verirdilər və 1 həftə sonra yadlarından çıxırdı. Ancaq dəyişiklikdən sora bu bizə imkan verəcək ki, insanlar 5 il ərzində daim öz üzərində işləsinlər”.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью