Bir ay öncə təyin edilən başçı buna görə işdən çıxarılıb

13.01.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.

Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью