“Bir ay sonra toyu olacaqdı” Türkanın anası danışdı VİDEO | Icma.az
Icma.az, Azxeber.com saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına m
AZXEBER.COM xəbər verir ki, mərhumun anası hadisə haqda danışıb.
Onun dediklərinə görə, əlinin üstündə balaca ziyil olan 23 yaşlı Türkan onu götürtmək istəyən zaman halı pisləşib: "Qızımın əlinin üstündə balaca ət xalı var idi.
Onu götürtmək istəyirdi. Buna görə Milli Onkologiya mərkəzinə qədər getmişdik. Analiz nəticələrinə görə hər şey qaydasında idi.
Fevralın 23-ü özəl xəstəxanların birində əməliyyat oldu. Əməliyyatdan əvvəl halı pisləşdi və reanimasiyaya yerləşdirildi.
Həkimlərin səyinə baxmayaraq qızımın həyatını xilas etmək mümkün olmadı".
23 yaşlı qızın anası xəstəxanadan şikayətçi olduğunu deyib: "Xəstəxanadan narazıyam.
Sağlam verdiyim balamın, cansız bədənini verdilər mənə". Qeyd edək ki, Türkan Balakişizadə nişanlı olub, bir ay sonra toyu olacaqdı.
Tam oxu
Xəbəri oxu