Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Billboard Boxscore”da açıqlanan rəqəmlərə görə, The Weeknd avqust ayında dünya turundan 146,7 milyon dollar gəlir əldə edib və 995 min bilet satıb.
OLAY yazır ki, beləliklə, “Billboard”un avqust ayı üzrə tur siyahısında ümumi sıralamada “BTS”dən sonra ikinci olub.
Eyni zamanda, 995 min bilet sataraq avqust ayında ən çox bilet satan sənətçi olan The Weeknd, “Billboard Boxscore”un 2019-cu ildən etibarən hazırladığı aylıq siyahılarda bir ay ərzində qeydə alınan ən yüksək tamaşaçı sayına görə də rekord qırıb.