Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Cari ilin sentyabr ayı ərzində 13 klinika barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib”.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2 ümumi cərrahın da ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib.
"Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və müvafiq icraata göndərilib".
Fəridə, Bizim.Media