Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dəmir Yolları (ADY) 9,8 milyondan çox sərnişin daşıyıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. Onlayn mağaza
Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon sərnişin daşınıb. Bu, illik müqayisədə 18 faiz artım deməkdir.
Rayonlararası marşrutlardan 468 min sərnişin istifadə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin səfər edib.
Bundan əlavə, oktyabr ayında 1,3 milyondan çox sərnişin daşınıb. Bununla da aylıq sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb.