Bir ayda 287 milyon manat borc götürülüb

25.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kredit portfelinin artımı cari ilin noyabr ayında da davam edib..

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrda bankların kredit portfeli 1,1 faiz və ya 287 milyon manat  manat artaraq 27 milyard 368 milyon manat olub.

Kredit portfelinin strukturu belədir:

Biznes kreditləri – 53,9% (14 milyard 746 milyon manat) İstehlak kreditləri – 30,8% (8 milyard 423  milyon manat) İpoteka kreditləri – 15,3% (4 milyard 198 milyon manat)

Bununla yanaşı, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью