Bir ayda 4 nəfər zəhərlənmədən ölüb

04.06.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

Qeyd olunub ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb",-deyə bildirilib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью