Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç səfər edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Avropa Siyasi Birliyinin Dublində keçirilən Sammiti çərçivəsində çıxışı zamanı məlumat verib.
Baş nazir bildirib ki, bu səfərlər ayın 3-nə, 11-nə və 22-nə planlaşdırılıb.
Paşinyan səfərlərin məqsədinin danışıqlar aparmaq olduğunu vurğulayıb və iki ölkə arasındakı münasibətlərdə mövcud olan dostluq mühitinin qorunub saxlanacağına ümid etdiyini bildirib.
O, çıxışı zamanı həmçinin İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrinə toxunaraq, "alternativin yaradılması"nı Ermənistan üçün siyasi hədəf kimi qeyd edib.
Bizim.Media