Bir ayın əsgəri iynədən şoka düşüb öldü FOTO

10.06.2025

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.


Medicina.az Bakupost.az-a istinadla bildirir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra - mayın 10-da dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью