Bir az ağlını itirmişdi, öz aləmində biri idi Şərurda YANARAQ ÖLƏN kişinin qonşusu

11.03.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində 1942-ci il təvəllüdlü Əbülfəz Əliyev həyatını itirib.

Məlumata görə, Əbülfəz Əliyev həmin evdə tək yaşayırdı.

"Çox sakit adam idi, heç kimlə işi olmaz, heç kimlə danışmazdı. Bir az ağlını itirmişdi, öz aləmində biri idi", - deyə mərhumun qonşusu bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью