“Bir az dadım, görüm xarabdırmı?” Evdə hazırlanan konservlərlə bağlı XƏBƏRDARLIQ

23.09.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Son günlər ev şəraitində hazırlanan və konservləşdirilən qida məhsullarının satışı ilə bağlı müxtəlif iddialar yayılıb. 

Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial şəbəkə hesabında paylaşım edərək bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Məlumat üçün bildirək ki, rayon və kənd yerlərində yaşayan bir çox insanlar bu cür qidalar hazırlayaraq müəyyən miqdarda gəlir əldə edir və bununla da gündəlik xərclərini qarşılayırlar. Bu mənada, sözügedən açıqlama həmin şəxslər üçün müsbət xəbərdir. 

Lakin məsələnin digər tərəfi də var. Belə ki, ev şəraitində hazırlanan və konservləşdirilən məhsulların düzgün hazırlanmadığı və saxlanılmadığı hallarda insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi bildirilir. Xüsusilə konservləşdirilmiş qidalarda yaranan bəzi risklər qida zəhərlənmələrinə səbəb ola bilər. 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, xüsusilə düzgün konservləşdirilməmiş məhsullarda botulizm riski yarana bilər: 

"Konservləşdirilmiş məhsullarda ən ciddi risklərdən biri botulizmdir. Clostridium botulinum bakteriyasının sporları torpaqda geniş yayılıb və oksigensiz, az turşulu, kifayət qədər istilik emalından keçməmiş mühitdə toksin əmələ gətirə bilər. Bu səbəbdən düzgün konservləşdirilməmiş tərəvəz, ət, balıq və digər aşağı turşulu məhsullar xüsusi risk daşıyır”.


Ekspert qeyd edib ki, botulizm toksini insan orqanizminə ciddi təsir göstərə bilər:

"Botulizm toksini sinir sisteminə təsir edir, udma və görmə pozğunluğu, əzələ zəifliyi, tənəffüs çətinliyi və hətta iflicə səbəb ola bilər. Buna görə də ev şəraitində konserv hazırlayan şəxslər məhsulun təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər. Aşağı turşulu məhsulların, xüsusilə tərəvəz, ət və balığın sadəcə qaynar su vannasında emal edilməsi botulizm sporlarını məhv etmək üçün kifayət etməyə bilər. Bu məhsullar üçün uyğun təzyiqli konservləşdirmə üsulundan istifadə olunmalıdır”.

Ekspert vurğulayıb ki, məhsulun hazırlanmasında gigiyena qaydalarına əməl olunması da əsas şərtlərdən biridir:

"Xammal təmiz və keyfiyyətli olmalı, çürümüş, kiflənmiş və ya zədələnmiş meyvə-tərəvəzdən istifadə edilməməlidir. Bankalar, qapaqlar və digər avadanlıqlar düzgün təmizlənməli, məhsul hazırlanarkən ç

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью