Icma.az bildirir, Yenisabah portalına istinadən.
Bakı şəhəri Nizami rayonunda yeni təmir olunmuş piyada səkisində çuxur yaranıb.
“Yeni Sabah” xəbər verir ki, Elşən Süleymanov küçəsi 24 ünvanında yolun kənarında yerləşən piyada səkisinin bir hissəsi çöküb.
Sakinlərin sözlərinə görə, sözügedən ərazi cari il ərzində iki dəfə təmir olunub. Lakin yeni təmir işlərindən sonra səkinin ortasında çuxur əmələ gəlib. pizza mizza
Çuxurun yaranma səbəbi hələlik məlum deyil. Sakinlərin sözlərinə görə, ərazi bir neçə gündür bu vəziyyətdədir və aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində hələlik hər hansı tədbir görülməyib.
Səkinin bu vəziyyətdə olması piyadaların, xüsusilə də ərazidən istifadə edən uşaqların və yaşlıların hərəkəti üçün narahatlıq yaradır.
Qeyd edək ki, yaxınlıqda məktəb var və uşaqlar hər gün həmin səkidən istifadə edirlər.