Bir az vicdanınız olsun

25.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Elvin Abdullayev istehsal etdikləri südü onlardan aşağı qiymətə aldıqlarına görə narazılıq edən fermerlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı fermerə qarşı atılan bu addımı pisləyib.

“Qınamıram yazıq kəndçini, neynəsin, necə zülmlə başa gəlir o südü əldə etmək üçün. Allah insaf versin bəzi alverçilərə. Çox da çətin deyil. Bir az vicdanınız olsun” deyə, Elvin yazıb.

Qeyd edək ki, ötən gün yayılan görüntülərdə fermerlərdən biri 1 litr süd üçün ona cəmi 15 qəpik təklif olunduğunu bildirib. Fermer bu qiymətin heyvandarlıq təsərrüfatlarının xərclərini qarşılamamasından şikayətlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью