“Bir azdan mənim də komanda ilə yollarımı ayırdığımı yazacaqlar” baş məşqçi | Icma.az
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında “Qəbələ”nin çempion olacağına heç kim şübhə etmir.
Elitaya qalan iki vəsiqəyə isə “Karvan” və “İmişli” daha çox iddialıdı.
Turnir cədvəlindəki yerinə - 23 xalla 5-ci yer – görə “Zaqatala”nı da elitaya iddialılar sırasına qatmaq olar.
Ancaq reallıq bir qədər fərqlidi. Komanda maliyyə probleminin içində çabalayır.
“Football-plus.az” indiki durumla bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovaun fikrini öyrənib:“Komandanın premyer-liqadan imtina etməsi haqda xəbərlər də yayılıb.
Bir azdan mənim də komanda ilə yollarımı ayırdığımı yazacaqlar. Belə söhbətlər yoxdu. Klubun rəhbəri və baş məşqçisi var.
Müəyyən qədər maliyyə problemi var. Klub futbolçulara vaxtında maaş verir, hər şey qaydasındadı.
Tam oxu
Xəbəri oxu