Bir birimizə hörmət etməyi bacarmalıyıq Deputatdan çağırış

25.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Milli Məclisin deputatı Azər Badamov hava limanında və təyyarədə bəzi sərnişinlərin davranışını tənqid edib. O, ictimai yerlərdə qaydalara əməl etməyə və bir-birinə hörmətlə yanaşmağa çağırıb.

Modern.az xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb.

Azər Badamov gecə saat 1-də yaxın qohumunu yola salmaq üçün hava limanına getdiyini, qeydiyyat zamanı bəzi sərnişinlərin növbəni pozduğunu və əməkdaşların tələblərinə məhəl qoymadığını bildirib.

“Axı hamımız eyni təyyarə ilə uçuruq! Lakin qeydiyyatdan keçmək üçün növbə gözləmədən bir-birimizi itələyərək birinci olmağa çalışmağımız elə təəssürat yaradır ki, sanki təyyarə uçub gedəcək, kimsə isə orada qalacaq”, – deputat qeyd edib.

A. Badamov təyyarə tam dayanmadan ayağa qalxıb əl yükünü götürən və çıxışa tələsən sərnişinlərdən də söz açıb. O, uçuşdan sonra salonda zibil qoyulmasını da tənqid edib.

“Əgər harasa gedərkən başqalarından hörmət gözləyiriksə, ilk növbədə, özümüz bir-birimizə hörmət etməyi bacarmalıyıq”, – deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью