Bir birindən geri qalmayan sürücülər dalbadal qayda pozub təhlükə yaratdılar VİDEO

16.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Atatürk prospektində kütləvi şəkildə qayda pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Videodan da göründüyü kimi, “Ford” markalı, “Nissan” markalı, 99-VV-751 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər və qeyd olunan nəqliyyat vasitələrindən öndəki maşın yol nişanına əhəmiyyət vermədən yolayrıcına daxil olublar. Nəticədə onlar baş yoldan gələn avtomobilə qəza şəraiti yaradıblar.

Eyni zamanda sözügedən sürücülər bununla kifayətlənməyərək yenidən qayda pozublar. Belə ki, onlar yalnız sola dönməyə icazə verildiyi halda düzünə hərəkət ediblər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью