Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Müğənni Kərim Abasov dostlarından gileylənib.
Axşam.az-ın məlumatına görə, sənətçiyə verilişlərin birində dostları ilə bağlı sual ünvanlanıb. Kərim söhbət zamanı həmkarı Əminə Şirinin adını çəkdiyi üçün bir dostunun ondan incidiyini bildirib.
“Sevilən səhər“ proqramında yer alan Kərim həmin şəxsin adını açıqlamayıb:
“Dostlarımın adını hər dəfə sevə-sevə çəkəndə biri zəng vurub “sağ ol“ demədi. Bir dəfə adını çəkmədim, bir dəfə Əminənin adını çəkdiyimə görə məndən incidi, izləmədən də çıxdı. 20 ildir adını çəkəndə, “doğmam“ deyəndə təşəkkür etmədin”.
Qeyd edək ki, Kərim ad çəkməsə də, onun sözlərinin müğənni Səidə Sultanla bağlı olduğu iddia edilib. Belə ki, bir vaxtlar yaxın dost olan ifaçılar indi bir-birini izləmədən də çıxarıb.