Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı müharibə barədə danışarkən tərəfləri döyüşləri dayandırmağa çağırıb.
Modern.az xəbər verir ki, Lukaşenko bu fikri Fransanın “Le Point” jurnalına müsahibəsində səsləndirib.
“Kobud desək, bir-birinizin sifətinə vurdunuz. Kimsə səhv etdi. Hər iki tərəfin səhvləri kifayət qədər idi. Bunları sizin üçün təhlil etməyəcəyəm. Təhlil etməyin vaxtı gələcək. İndi isə dayanın...
Bizdə həmişə belə olub. Bir-birimizin sifətinə vurub dayanmışıq. Ayılıb bundan sonra hara və necə getməli olduğumuzu anlamışıq. Elə də davam edəcəyik. Bu, çox sadələşdirilmiş yanaşmadır, amma bizim – ukraynalıların, belarusların və rusların xarakterinə uyğundur”, – Lukaşenko bildirib.