Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstanın paytaxtı Astanada yaşayış kompleksinin pəncərəsindən içərisində dollar olan çamadanlar atılıb.
Azpost.info bildirir ki, Qazaxıstanın “Qumash” nəşrinin yazdığına görə, noyabrın 12-də səhər saatlarında polisə “Atlant” yaşayış kompleksinin girişindəki pandusda səkkiz çamadanın və dollar əskinaslarının olması barədə məlumat daxil olub.
“Qumash”ın əldə etdiyi videoda əskinas dəstələrinin yerə səpələndiyi görünür. Lakin bir qədər sonra ərazidə pul qalmayıb. “ZTB News” nəşrinin müxbiri hadisə yerində yalnız çamadanların qırıntılarının və əskinasları bağlamaq üçün istifadə edilən rezinlərin qaldığını bildirib.
Qeyd edək ki, bundan bir gün əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi korrupsiya cinayətində şübhəli bilinən bir neçə şəxsin saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında “Samruk-Kazına” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri Eljas Otınşiyev də var.
“Qumash”ın mənbələrinin məlumatına görə, Jakupov və Otınşiyev xüsusilə külli miqdarda rüşvət almağa cəhddə şübhəli bilinirlər. Nəşrin ilkin məlumatına əsasən, cinayət işində 6 milyon dollar məbləği keçir.
Çamadanların yaşayış kompleksinin qarşısına atılması ilə saxlanılan şəxslər arasında əlaqənin olub-olmadığı barədə rəsmi məlumat verilməyib.
Post navigationPrevious: Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR