Bir çıxışı 200 min manat…

14.08.2026

Icma.az bildirir, Olay.az portalına istinadən.

Prodüser Pavel Rudçenkonun fikrincə, Alla Puqaçova özəl tədbirlərdə iştiraka görə təxminən 10 milyon rubl( 200 min manat ) qonorar ala bilər.

OLAY yazır ki, o, açıqlamasında ehtimal edib ki, müğənni gələcəkdə əsas gəlirini konsert çıxışlarından deyil, tədbirlərdə sadəcə iştirak etməsindən əldə edə bilər.

Rudçenkonun sözlərinə görə, yekun qonorar tədbirin keçirildiyi məkandan, formatından və şərtlərindən asılı ola bilər. Bununla yanaşı, Puqaçovanın tam proqramla çıxış etməsi də vacib deyil: söhbət tədbirdə görünməkdən və ya qonaqlarla birlikdə bir mahnı ifa etməkdən gedə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью