“Bir çox aparıcını bloka atmışam” Çingiz Əhmədov

22.11.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə diqqət çəkib.

News24.az OLAY-a istinadla yazır ki, sənətçi qonaq olduğu “Gün ortası” verilişində aparıcılardan gileylənib.

Aktyor bildirib ki, bir çox aparıcıları qara siyahıya atıb:

“Mən bunu çəkinmədən deyirəm. Bir çox aparıcını telefonumda qara siyahıya atmışam. Getmirəm onların verilişlərinə. Bilirəm ki, kimin verilişinə getmək olar, kimin olmaz, çünki özüm də aparıcıyam. “Tumluq” qalmışıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью