Bir çox küçədə buzlanma var DYP dən XƏBƏRDARLIQ

09.02.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Magistral yollarda və paytaxtın bir çox küçə və prospektlərində hazırda buzlanma müşahidə edilir.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.

“Əziz sürücülər! Yolun hansı hissələrinin daha çox buzlu və ya sürüşkən ola biləcəyini (kölgəli yerlər, körpülər, yamaclar) nəzərə alın. Buzlu yollarda tormoz məsafəsi artır, buna görə də sürəti azaltmaq vacibdir.

Eyni zamanda öndəki avtomobillərlə aranızda məsafəni artırın”, - R.Tağıyev qeyd edib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью