Bir çox limanlarda dəniz nəqliyyatı dayanıb

27.12.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yunanıstanın bir çox limanlarında güclü külək səbəbindən dəniz nəqliyyatı dayandırılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Egeydə əsən güclü külək səbəbilə Pirey, Lavrio, Rafina, Volos və Kavala kimi bir çox limanda naviqasiya qadağası qoyulub. Qadağaya görə ölkə daxilində dəniz nəqliyyatı kəsilib və bir çox adaya nəqliyyat mümkün olmayıb. Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, bu gün bölgədə küləyin sürətinin 10 bofora qədər artacağı proqnozlaşdırılır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью