Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb

17.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Bir çox NATO ölkəsi 2035-ci ilədək ÜDM-in 5 faizini müdafiə sahəsinə yatırmaq barədə Haaqa sammitində götürdükləri öhdəlikləri yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte alyansın müdafiə nazirlərinin görüşü ərəfəsində keçirilən mətbuat konfransında deyib. “2025-ci ildə müdafiə investisiyalarında əhəmiyyətli artım müşahidə etdik. Avropa müttəfiqləri və Kanada əsas müdafiə investisiyalarını 90 milyard dollardan çox artırıblar. Bu, möhtəşəm rəqəmdir - bir ildə təxminən 20 faiz artım. 2026-cı il üçün daha bir artım planlaşdırılıb”, - deyə o bildirib.

Rüttenin sözlərinə görə, bu əhəmiyyətli investisiyalar real imkanlar yaradır. Avropalı müttəfiqlər və Kanada döyüş qabiliyyətini xeyli artıraraq təhlükəsizlik kontekstində daha çox məsuliyyət daşıyırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью