Bir çox sərnişinə metroya girməyə icazə verilmədi SƏBƏB

17.03.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.

Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun "Koroğlu" stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur.

"Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью