Bir çoxunun gizlətdiyi təhlükə ilə bağlı ciddi xəbərdarlıq

27.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Məişət zorakılığı hallarına laqeyd yanaşılmamalı, bu cür hadisələrin gizlədilməsinə yol verilməməlidir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, məişət zorakılığı insan hüquq və azadlıqlarının pozulmasına, eləcə də insanların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən ciddi problemdir. Zorakılığın qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi hər kəsin məsuliyyətidir. Bakıda online alış-veriş

Agentlik vətəndaşları zorakılıq hallarına qarşı laqeyd qalmamağa, belə hadisələrin gizlədilməsinə yol verməməyə, zərərçəkmiş şəxslərin hüquq və ləyaqətinə hörmətlə yanaşmağa, onların müdafiəsinə dəstək göstərməyə çağırıb.

Həmçinin vurğulanıb ki, zorakılıq halları ilə bağlı aidiyyəti dövlət qurumlarına vaxtında məlumat verilməsi vacibdir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью