Bir cümlə kifayətdir Bu bürclər dərhal küsür

05.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İnsanların incikliklərə münasibəti xarakterdən, həyat təcrübəsindən və şəxsiyyət xüsusiyyətlərindən asılı olsa da, astrologiya həvəskarları bəzi bürclərin digərlərinə nisbətən daha həssas olduğunu düşünür. Astroloji yozumlara görə, bu bürclər deyilən sözləri uzun müddət yadda saxlaya, kiçik anlaşılmazlıqlardan belə təsirlənə bilərlər.

Hansı bürclər daha tez küsür? "Yeni Sabah" bu barədə astroloqların fikirlərini təqdim edir:

Xərçəng Sezar pizza

Su ünsürünə aid olan Xərçəng bürcü emosional təbiəti ilə seçilir. Onlar yaxın münasibətlərdə qarşı tərəfin söz və davranışlarına xüsusi həssaslıqla yanaşırlar. Bəzən adi bir ifadəni belə şəxsi qəbul edə bilən Xərçənglər incidikdə özlərinə qapanmağa üstünlük verirlər. Onların etibarını yenidən qazanmaq isə asan olmur.

Qız

Qız bürcü detallara diqqət yetirməsi və yüksək gözləntiləri ilə tanınır. Münasibətlərdə səmimiyyət və dəqiqlik onlar üçün önəmlidir. Səhv və ya düşünülməmiş bir söz Qız bürcünün yaddaşında uzun müddət qala bilər. Onlar hisslərini hər zaman açıq ifadə etməsələr də, yaşadıqları incikliyi tez unutmurlar.

Əkizlər

Ünsiyyətcil və enerjili Əkizlər bürcü hər nə qədər sosial görünsə də, bəzən deyilən sözləri fərqli mənada qəbul edə bilir. Yanlış anlaşılmalar onların münasibətlərinə təsir göstərə bilər. Bu səbəbdən Əkizlərlə danışarkən fikri aydın və konkret ifadə etmək daha məqsədəuyğun hesab edilir.

Balıq

Balıq bürcü duyğularını dərindən yaşayan bürclərdən biri sayılır. Onlar sərt tənqid və mənfi fikirlərdən asanlıqla təsirlənə bilirlər. Astroloji şərhlərə görə, Balıqlar incidikdə bunu uzun müddət unutmur və emosional vəziyyətlərini bərpa etməkdə çətinlik çəkirlər. Buna görə də onlarla ünsiyyətdə nəzakətli və anlayışlı davranmaq tövsiyə olunur.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью