Bir daha demərəm tamarzıyam mən Günün şeiri

29.09.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün tanınmış Azərbaycan şairi Famil Mehdinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun Qarabağa həsr etdiyi şeiri təqdim edir.

Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.

Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.

Dinlə "Çahargah"ı, eşit "Qatar"ı,
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mən.

Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da,
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.

Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən.

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb "Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi Çantasında narkotik tapılan, Harvardda oxumaq istəyən adam kim idi? - Hollivudun göstərmədiyi Amerika
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью