Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktrisa Denis Riçards bir daha evlənməyi planlaşdırmadığını açıqlayıb.
OLAY yazır ki, aktrisa bu barədə “The Jenny McCarthy Wahlberg Show” verilişində danışıb.
55 yaşlı aktrisa indiyədək iki dəfə ailəli olub. O, iki qızının atası olan aktyor Çarli Şinlə və 2017-ci ildə sağlamlıq mərkəzində tanış olduğu Aaron Fiperslə evlənib.
Aktrisanın sözlərinə görə, məhz sonuncu evliliyi onu bir daha kiminsə həyat yoldaşı olmaq istəmədiyi barədə düşünməyə vadar edib. Riçards evlilikdə özünü bir “məhsul” kimi hiss etdiyini və münasibətlərinin sanki işgüzar sövdələşməni xatırlatdığını bildirib.