Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal tutduğu vəzifədən istefa verdiyini bəyan edib.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sürpriz qərarı UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda “Roma” ilə keçirilən matçdan (1:1) dərhal sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Kartal ayrılıq qərarını bu sözlərlə ifadə edib:
“Vəzifəmdən istefa verirəm. Hələ yolun əvvəlindəykən bu qərarı qəbul edirəm. Bir daha heç vaxt geri qayıtmamaq şərti ilə ayrılıram. 3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularımla keçirdiyimiz məşqlər, təlim-məşq toplanışlar. Prezidentimiz və rəhbərlərimiz hər məsələdə bizə kömək etməyə çalışdılar. Çox gözəl günlər idi. Bu axşam etibarilə vəzifəmdən ayrılıram”.