Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Kamil Şahverdi
VI Yazı
XIX əsrin 60-cı illərindən bu günə qədər Ukrayna xalqının mübarizə simvolu olan "Şe ne vmerla Ukraina" əsəri haqqında toplanmış maraqlı məlumatları diqqətinizə təqdim edirəm:
"Bu gün Ukraynanın rəsmi dövlət himni olan "Şe ne vmerla Ulraina" 1862-ci ildə ukyaynalı etnoqraf, folklorçu və şair Pavel Çubinski tərəfindən yazılıb. XIX əsrin ortalarında Çubinski rus, ukraynalı, polyak və serb tələbələrinin görüşlərini təşkil edərdi. 1862-ci ilin payızında belə görüşlərin birində Çubinski "Şe ne vmerla Ukraina" şeirini yazır. Bu şeir qısa zamanda "ukraynafil dərnəklərində", mərkəzi və qərbi Ukraynada populyarlıq qazanır, daha sonra Ukraynanın milli və sonda dövlət himni olur.
İlk dəfə Çubinskinin bu şeiri 1863-cü ildə Lvovda "Meta" (Hədəf-K. Ş.) jurnalınnın 4-cü sayında nəşr olunur. Şeir o dövrün ruhani xadimlərinin də diqqətindən yayınmır. Onlardan biri, dövrünün tanınmış bəstəkarı ruhani Muxail Verbitski şeirdən ilhamlanaraq ona musiqi bəstələmiş və ilk dəfə 1865-ci ildə Polşanın Peremışle ruhani seminariyasının salonunda ifa etmişdi" (Aleksandr Savçenko, Mixail Xmelevski. "Ukraynanın müasir himninin mətni tarixi-kultroloji və linqvistiq kod kimi". "Jezykoznawstwo" jurnanı, 2020, nr. 14)
XIX əsrin ortalatında Rusiyada və Avstriya-Macar imperiyasında "Ukraynafil" dərnəkləri-Ukrayna xalqının dil, ədəbiyyat və mədəniyyətinin qorunması və inkişafı uğrunda mübarizə cəmiyyəti-geniş yayılmışdı. "Şe ne vmerla Ukraina" şeiri, daha sonra mahnısı bu dərnəklər arasında çox məşhur idi.