Bir daha Himnimiz haqqında

11.08.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.


Kamil Şahverdi

VII Yazı

Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın
Mehmet Akif Ersoy

1920-ci ilin aprelində Azərbaycan qırmızı bolşeviklər tərəfindən işğal olunduğu üçün dövlət himninin qəbulunu sona çatdırmaq mümkün olmadı. Qardaş Türkiyə isə bu dönəmdə hər tərəfdən düşmən basqılarına məruz qalmışdı. Ölkə od-alova bürünmüşdü. Əksər bölgələr işğal olunmuşdu. Türkiyə Qurtuluş Savaşı başlamışdı.
AXC-nin işğalından bir neçə gün əvvəl, 23 aprel 1920-ci ildə Mustafa Kamal silahdaşları ilə birlikdə Türkiyə Böyük Millət Məclisini qurdu.
1920-ci ilin yay aylarında Qərb Cəbhəsi Komandanı İsmət İnönü xalqı və ordunu ruh düşkünlüyündən qurtarmaq üçün, milli birliyin təmin edilməsi məqsədi ilə Milli Marş yazılması təşəbbüsü ilə çıxış edir.
Türkiyədə Milli Marş Osmanlı döməmində, 19-cu yüzillikdə gündəmə gəlmişd. Buna qədər isə dünyanın ən qədim və ən məşhur hərbi musiqi qurumu olan Mehter dəstəsi yüzillər boyunca Türk dövlətlərinin əsas simvollarından biri sayılırdı. Səlcuqlar, Elxanilər, Osmanlı, Qarakoyunlu, Ağkoyunlu, Məmlüklər, Səvəvi dövlətlərində təbil, nağara, davul, kös, zurna, zil (mis dairələr), boru (mis şeypur), karaney alətlərindən təşkil olunan hərbi musiqiçi dəstələri mövcud idi. Bu musiqiçi dəstələri yalnız döymə (zərb) və nəfəs (üfləməli) alətlətdən ibarət idi. Səlcuqlardan Osmanlılara keçən hərbi musiqiçi dəstələri Mehter adı ilə təşkilatlandırıldı. Hesab olunur ki, ilk hərbi musiqiçilər dəstəsini Səlcuklar Sultanı III Keyqubad 13-cü yüzildə I Osmana hədiyyə olaraq göndərmişdi. Osmanlı dövlətində hərbi musiqiçilər dəstəsi təkmilləşdirilərək Mehtername yaradıldı. Mehtərlər dünyanın ən qədim və ən məşhur nizami hərbi orkesteri sayılır. Bu orkestrlər xüsusi sistemlə formalaşaraq fəaliyyət göstərirdilər. Döyüş zamanı bu orkestrin ifası, təbillərin, davulların gurultusu, nəvəs alətlərinin gur səsi düşməni vahiməyə salırdı. Düşmən qoşunları bu dəhşətli səslərdən sarsılaraq döyüş meydanından qaçmağa məcbur olurdu. Hücum edən döyüşçülər isə daha da ruhlanıb cuşə gələr və döyüş meydanına atılardılar.
Orta əsrlərdə Mehterler Osmanlı dövlətinin əsas simvollarından biri kimi böyük önəm qazanmışdılar.
"Osmanlı Dövləti dönəmində əsgəri müzik gələnəyi, mehtər adıyla tarixin ən görkəmli və sistemli təşkilatına yüksəlmişdir. Farca kökəni olan "mihter" kəlməsinin, bəzi qaynaqlara görə "mih" (böyük) və "ter" (üstünıük bildirən şəkilçi) hecalarından yaranan və "ən uca" və ya "ən ulu" anlamına gəldiyi bildiriıməkdədir. Osmanlılarda bu kəlmə həm əsgəri müzik topluluğu (mehtərhanə), həm də yüksək rütbəli bəzi vəzifəlilər üçün işlədilmişdir. Mehtər sadəcə bir musiqi qrupu deyildi; vizual əzəməti və eşitmə gücü ilə imperiyanın qüdrətini və əzəmətini əks etdirən bir vasitə idi." (Vural Timur. (2012) "Osmanlı Dönemi Mehtet Teşkilatı". Zeitschrift Fur Der Turken Journal of World of Turks. 4 (1). ss. 315-330)
Əmin-amanlıq dövründə isə mehtər dəstələri xalqın xoş günlərində, toy-düyündə, bayramlarda, el şənliklərində yaxından iştirak edir və bu şənliklərə xüsusi rəng qatırdılar.

Читать полностью