Bir daha Himnimiz haqqında

01.09.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.


Kamil Şahverdi

VII Yazı

Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın
Mehmet Akif Ersoy

Orduda şeir böyük ruh yüksəkliyi ilə qarşılanandan sonra mətbuatda dərc olunur və millətin ixtiyarına verilir. İlk dəfə 17 fevral 1921-ci ildə Ankarada çıxan "Hakimiyet-i Milliye" qəzetinin və "Sebilürreşad" dərgisinin ilk səhifələrində, daha sonra, 21 fevral 1921-ci ildə Anadolunun ən məşhur "Açıksöz" qəzetlərində şeir dərc olunur. Ordudan sonra xalqın da rəğbətini qazanan "Kahraman Ordumuza" şeiri İstiklal Marşı kimi təsdiqini tapmaq üçün 26 fevral 1921-ci ildə TBMM-nin müzakirəsinə təqdim olunur. Məclisdə müzakirə olunması üçün şeir çap olunaraq millət vəkillərinə paylanması qərara alınır. Məclis Rəisi Mustafa Kamal Paşa bu məsələni Maarif Encümenine (Maarif Komitəsinə) həvalə edir. Lakin bəzi millət vəkilləri bunun əleyhinə çıxırlar. İzmit Mebusu (Parlament üzvü-K. Ş.) Hamdi Namik Bəy hesab edir ki, yazılan əsərlər arasında Maarif Encümeni Rəisi (Maarif Komitəsinin sədri-K. Ş.) Mehmet Akif Bəyin də əsəri olduğuna görə, göndərilən şeirlərə tərəfsiz baxılması üçün özəl bir komissiya yaradılmalıdır. Şeirlər də bu komissiyada incələnməlidir. Hamdi Namik Bəyin bu təklifi qəbul edilməmiş və İstiklal Marşının seçimi Maarif Encümeninə həvalə edilmişdir.
1 mart 1921-ci ildə millət vəkili Hasan Basri Bəy İstiklal Marşı şeirinin Hamdullah Subhi Bəy tərəfindən Məclis kürsüsündən oxuması təklifi ilə çıxış etmişdir. Bunun əleyhinə çıxanlar olsa da, sonda qərara alınmışdır ki, Maarif Vəkaləti tərəfinfən Məclisə təklif olunan yeddi şeirdən birini seçərək Həmdullah Subhi Bəy kürsüdən oxusun.
Mustafa Kamal Paşanın sədrlik etdiyi həmin gün Məclis İstiklal Marşını geniş müzakirə etmişdir. Verilən təklifin səsə qoyularaq qəbul edilməsi qərara alındı. Bundan sonra Hamdullah Subhi Bəy İstiklal Marşını oxumaq üçün kürsüyə çıxmışdır. "Mehmet Akifdən şeiri yazmasını özünün istədiyini, şairin ikramiyə səbəbindən yarışmaya qatılmağı uyğun görmədiyini, ancaq görüşmələr nəticəsində Mehmet Akifi razı saldıqlarını, ələmələrdən qalan son altı şeirlə birlikdə Mehmet Akifin şeirini Məclisin seçiminə təqdim etdiklərini söyləmiş və ardından, İstiklal Marşını kürsüdən oxumuşdur." (Hüsnü Özlü. "İstiklal Marşının Yazılışı ve Kabulü". www.ataturkansiklopedisi.gov.tr/detay/697/

Читать полностью