Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Kamil Şahverdi
VIII Yazı
(əvvəli BU LİNKDƏ)
...Daxili siyasət sahəsində də çox işlər görülmüşdü. Məsələn, hər şeydən əvvəl torpaq məsələsi nəzərdən keçirilmiş və torpaq onu becərənlərin, yəni zəhmətkeş kəndlilərin istifadəsinə verilmişdir. Mülkiyyət haqqı mühafizə edilməklə bərabər gələcəkdə həm torpaq və həm də sənayenin kiçik bir qrupun əlində toplanmasına yol verməmək məqsədi ilə bu haqq müəyyən dərəcədə məhdudlaşdırılmışdr. Fəhlələrin haqqlarını qoruyan qanunlar hazırlanmış və bu məqsdlə müstəqil Həmkarlar İttifaqlarının təşkilinə və 8 saatlıq iş gününün tətbiqinə başlanmışdır. Çar istilası dövründə əsgərlik ləğv edilən Azərbaycanda qısa bir müddət ərzində Milli Ordu və kiçik bir dəniz donanması təşkil edilmişdir. Yenə çar hokmranlığı dövründə milli məktəblərin olmasına yol verilməyən Azərbaycanda çoxlu ilk və orta məktəblər açılmış və Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı. Türkcə dövlətin rəsmi dili elan edilmiş, bütün milli mədəniyyət ocaqları xalqın xidmətinə verilmişdi. Azəri qadınının maarifləşməsinə xüsusi əhəmiyyət verilmiş və qadınlara hər sahədə kişilərlə bərabər hüquq tanınmışdır.
Fərdi hürriyət sahəsində bütün vətəndaşlara istisnasız olaraq söz, mətbuat və yaradıcılıq azadlığı təmin edilmişdir."
-Qadın aparıcı:
Danışır Azadlıq Radiosu.
Əziz dinləyicilər, xaricdəki azərbaycanlı vətəndaşlarımızın səsini dinləyirsiniz.
-Kişi aparıcı:
İstiqlal Günümüzün növbəti ildönümü münasibti ilə Münhen şəhərində keçirilmiş təntənəli yığıncaqda çıxış edən natiq demişdir ki:
"Milli Hakimiyyət dövründə görülmüş bütün işlər Parlament qarşısında məsuliyyət daşıyan Koalisyon Hökumət tərəfindən həyata keçirilmişdir. Həm Hökumət və həm də Parlamentdə müxtəlif görüşlərə malik partiyalar təmsil edilməkdə idi. Parlamentdə eyni zamanda Azərbaycan Cümhuriyyəti ərazisində yaşayan milli əqaliyyətlər də təmsil edilirdi. Azərbaycan Milli Hökuməti və Parlamentinin tərkibi onların həqiqi demokratik orqanlar olduğunu göstərirdi. Müxtəlif siyasi partiya və qrupları, habelə əhalinin bütün təbəqələri və milli əqəliyyətlərin təmsil edildiyi Azərbaycan Parlamenti sözün tam mənası ilə ölkənin Ali Dövlət Orqanı idi. Hökumət öz təklif və tələblərini heç vəclə Parlamemtə qəbul etdirə bilməzdi. Bütün digər demokratik öıkələrdə olduğu kimi Azərbaycan Parlamenti də Hökumət tərəfindən irəli sürülən təklif və layihələri diqqətlə məzərdən keçirir, onları müzakirə etdikdən sonra ya qəbul və ya rədd edirdi. 28 May 1918-ci ildə o dövrdə yalnız Şərq aləmində deyil, bəzi Qərb bölgələrində də mütləqiyyət və ya diktatorluq rejimləri mövcud olduğu bir zamandaAzərbaycan xalqına belə bir Milli Demokratik Dövlət idarəsi gətirmişdi. Fəqət, nə yazıq ki, vətənimizin bu altun dövrü uzun sürə bilmədi. Azərbaycan bu dəfə də Kremlin qızıl hökmdarlarının təcavüzünə məruz qaldı."
-Kişi aparıcı:
Sonra natiq sovet istilası məsələsinə keçərək demişdir ki:
"Kreml hökmdarları Azərbaycanı, necə deyərlər, inqilab yolu ilə sovet Rusiyası ilə birləşdiyini iddia edirdlər. Amma çox gülünc bir iddia. Hansı bir millət, hansı bir xalq öz arzusu ilə İstiqlaliyyət və Hürriyyətindən məhrum olmaq istər?
Bir ölkədə inqilab baş verə bilər. Fəqət inqilab nəticəsində, məsələn Rusiyanın özündə də olduğu kimi, rejim dəyişər, ölkə isə istiqlaliyyətindən məhrum olmaz. Lakin Azərbaycanda belə olmadı. O sadəcə sovet ordusu tərəfindən işğal edilərək qızıl imperiyanın tərkibinə daxil edildi. Məhs bu istila hərəkətlərini pərdələmək üçündür ki, Kreml hökmdarları bir çox yerlərdə olduğu kimi, Azərbaycanda da inqilab əfsanəsi uydurmuşdular. Azərbaycan xalqı çar istilası ilə olduği kimi, rəngi dəyişdirilərək idioliji don geyindirilmiş bu istila ilə də barışmamış, ona da boyun əyməmişdir. Sovet rəhbərlərinin özlərinin dediklərinə görə, hələ sovet istilasının ilk illərində Azərbaycanda Kreml hökmranlığına qarşı 60-a yaxın silahlı xalq üsyanı olmuşdur. Bütün bu üsyanlar qan içində boğulmuş, bir çox kənd, qəsəbə və şəhərlərimiz dağıdılmış, minlərlə vətənpərvərlərimiz qılıncdan keçirilmişdir. Kreml hökmdarlarının Azərbaycan haqqındakı əfsanələrinə keçmişdə bəlkə də inananlar var. Fəqət Almaniyanın və bütün Şərqi Avropa ölkələrinin, habelə Baltik məmləkətlərinin acı aqibətləri göz önündədir. Sovet tankları altında can vermiş Berlin üsyanı və Macar inqilabı iştirakçılarının fəryadları isə hələ də qulaqlarımızda cingildəməkdədir."
-Kişi aparıcı:
Natiq öz çıxışının sonunda demişdir ki:
"İstiqlal Günümüz olan 28 May bütün vətənpərvər və hürriyyətsevər Azərbaycanlıların qəlbində silinməz dərin izlər buraxmışdır. Azərbaycanın hürriyyət aşiqi şairi Gültəkin Azəri vətənpərvərlərinin bu nəcib hisslərini nə gözəl tərənnüm etmişdir:
Istiqlal, o sönmayan müabbad bir maşala
Könüllarda tutuşur, gözlarda sönsa bela!"
-Qadın aparıcı:
İstiqlal Günümuz olan 28 Mayın növbəti ildönümü münasibəti ilə Almaniyanın Münhen şəhərində keçirilmiş təntənəli iclasa həsr olunan xüsusi verilişimizi dinlədiniz.
Sağlıqla qalınız hörmətli dinləyicilər.
Verilişin sonunda bir daha Dövlət Himnimiz-Azərbaycan Marşı səslənir.
"Azərbaycan Marşı"nın ilk dəfə efirdən səslənməsi möhtəşəm bir tarixi hadisə idi. Cümhuriyyətçi mühacirlər bu ölməz əsəri 45 il ürəklərdə, yaddaşlarda, ruhlarında qoruyaraq gələcəyə daşımağa nail oldular. AzadlıqRadiosunun efirindən səslənən "Azərbaycan Marşı" bununla da tarixə həkk olundu.
AzadlıqRadiosunun 28 may 1965-ci il tarixli proqramı ilə bağlı bir neçə vacib və önəmli məqamları qeyd etmək istəyirəm. İlk öncə onu vurğulayım ki, bu proqram bu gün də bəzilərinin israrla sübut etməyə çalışdıqları iddialara son qoymuş olur. Məlumdur ki, Üzeyir bəy Hacıbəylinin iki marşı ətrafında himn müzakirələri hələ də səngimək bilmir. Tanınmış Türk musiqişünası Etem Üngör ilk dəfə olaraq 1965-ci ildə Üzeyir bəyin "Milli Marş" və "Azərbaycan Marşı" əsərlərini özünün "Türk Marşları" toplusuna daxil edir və nəşr etdirir. Bu qiymətli nəşrdə Etem bəy bəzi yanlışlıqlara yol vermiş və bununla da mübahisələrin yaranmasına rəvac vermişdir. Etem Üngörün "Türk Marşları" kitabının tarixi əhəmiyyəti və yol verilmiş yanlışlıqlar haqqında bir qıdər donra ətraflı məlumat verəcəyəm. İndi isə diqqəti AzadlıqRadiosunun 28 may 1965-ci il tarixli proqramındakı vacib məqamlara yönəltmək istəyirəm. Bu tarixi proqramda "Azərbaycan Marşı" bir neçə dəfə səsləndirilir və hər dəfə əsər Azərbaycan Cümhuriyyətinin Milli Himni kimi təqdim olunur. Həmin proqram Almaniyanın Münhen şəhərində Cümhuriyyətçi mühacirlər tərəfindən hazırlanmış 28 May İstiqlaliyyət bayramına həsr olunmuşdu. Bu tədbirə dünyanın müxtəlif ölkələrində yaşayan Cümhuriyyətçilər iştirak edirdi. Cümhuriyyətçi mühacirlərin səyi nəticəsində də "Azərbaycan Marşı" ifa üçün hazırlanmış və Milli Himn kimi radio dalğalarında səsləndirilmişdi. Bununla da Cümhuriyyət qurucuları Milli Himnimizi gələcək nəsillərə ötürmüşlər. "Milli Marş"ın himn olması iddiasının isə yersiz olduğu bir daha sübuta yetmiş oldu.
AzadlıqRadiosunun tarixi proqramında başqa bir vacib məqam ondan ibarətdir ki, bu proqramın həsr olunduğu bayram tədbirinin hansı məkanda keçirilməsi və tədbirdə kimlərin iştirak etməsi haqqında heç bir məlumatın verilmir. Çıxışçıların adları belə qeyd olunmur. Mən bu proqram haqqında daha ətraflı məlumat almaq üçün tanınmış araşdırmaçı jurnalist, uzun müddət AzadlıqRadiosunun Bakı bürosunda çalışmış, "iz" mədəniyyət proqraminın yaradıcısı və aparicısi Həsən bəy Zərdabi mükafatçısı Sevda İsmayıllıya müraciət etdim. Sevda xanım bu mövzu ilə əlaqədar mənə yazılı cavab göndərdi. Həmin yazını olduğu kimi diqüətinizə təqdim edirəm:
"Bu veriliş və sondaki himnin səs yazısı AzadliqRadiosunun Baki bürosuna təxminen 2009- 2010-ci illərdə Praqa bürosundan göndərildi. Düzü, səs yazısı necə tapıldı, kim tapdı sualı, təəssüf ki, heç birimizin yadına düşmədi. Bu himni verilişlərimizdə səsləndirdik. "Iz" mədəniyyət proqramının "Cümhuriyyət fədailəri" silsiləsindən efirə gedən bütün buraxılışları bu himnlə bitirdi...
Hətta, xatirlayiram, bir dəfə "Can Baki" proqramının 28 mayda olan canlı efirində himni sonda səsləndirdik. Proqramin qonaqlarından biri mərhum rejissor Vaqif Ibrahimoqlu idi. Vaqif bəy himni eşidəndə çox sarsıldi, veriliş bitdi və o xeyli bu himnin təsirində qaldi...Elə men özum də hər dəfə bu himni göz yaşlarıyla dinləyirəm. Qəribə bir sehr var, sirli bir göndərmə var bu ifada...
Kimlər oxyub bu himni 1965- ci ildə? Həmin tədbirdəmi oxunub, yoxsa AzadliqRadiosunun Münhendəki bürosundamı-bilinmir.
Her şey məxfi saxlanılırdı o zamanlar. Ötən onillikdə faciəli bir olayla uzləşmişdi AzadlıqRadiosunun Azərbaycan xidməti. Xidmətin başçısı Əbdürrəhman Fətəlibəyli Düdənginski Münhendə öldürülmüşdü. KQB Bakıdan Mikayıl Ismayılov adlı keçmiş legioneri Münhenə onu öldürmək üçün göndərmişdi. Mikayıl Aboyla (Düdənginski ilə) dostluq qurmuş, KQB-nin təkidindən sonra (Bakıdakı ailəsini öldürməklə hədələmişdilər) onu kirayə qaldığı mənzildə qətlə yetirmişdi...
O üzdən bütün əməkdaşlar, xəbər qaynaqları-hər şey gizli saxlanılırdı...
Görəsən kimlər oxuyub bu himni uzaq 1965- ci ilin 28 Mayısında Münhendə?
Məncə, bu dünyanın hər yerindən Münhenə yığışmış həmvətənlərimiz də ola bilərdi, radionun əməkdaşlarından da- məsələn, Məcid Musazadə Qarsalanlı.
Münhenə gələnlər arasında Əziz Alpout da ola bilərdi. Əziz bəy Cümhuriyyətin çöküşündən sonra Irana, Türkiyəyə gedə bilmiş, Almaniyada yaşamış, sonra təzədən Türkiyəyə qayitmış və mühacirlərə qoşulmuşdu. 2011- ci ildə "Qanun" nəşriyyatı Əziz Alpoutun xatirələrini kitab halinda çap edib. Əziz bəy çox fəal bir cümhuriyyətçi olub və ömrünün sonunacan xüsusi tapşırıqla xarici ölkələrə, Almaniyaya (onun həyat yoldaşı alman olub) səfərlər edib. O üzden onun xatirələriylə tanış olandan sonra mən sanki o himndə Əziz Alpoutun səsini eşidirəm...
Və yaxud Məcid Qarsalanlı-taleyinə legioner həyatı yazilmiş həmyerlimiz...
Məcid bəy 1942-ci ildə almanlara əsir düshüb və legioner həyati yaşayıb, legionerlərin orqani olan "Azərbaycan" qəzetinin redaktoru olub. 1943- cü ilde Berlində keçirilən Milli Azərbaycan qurultayının təşkilatçılarından biriydi, həmin qurultayda Düdənginskinin rəhbərlik etdiyi Milli Birlik Məclisinə qatilib.
Müharibədən sonra Amerikada yaşayib, ilk Amerika-Azərbaycan cəmiyyətinin təsisçilərindən olub. Hətta 1956- cı ildə Macarıstan olayları zamanl Nyu-Yorkda dəstək amacı ilə keçirilən tədbirdə ilk dəfə Amerikada Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını hazırladıb ucaldıb..."Iz" proqramının ona həsr olunmuş "Bir bayraq əfsanəsi" adlı xüsusi buraxılışı da var. Mən proqramı hazırlayanda onun Bakıda yaşayan baldızıyla da görüşmüşdüm. Çox faciəli taleyi olub Məcid bəyin. O, uzun illər AzadliqRadiosunda da çalışıb, hətta xidmetin baş redaktoru olub. Maraqlıdır ki, Məcid bəy 70-ci illərdə "Əli və Nino" romanını dilimizə də çevirib. Dediyim odur ki, himni oxuyanlarln arasinda o dövrdə radioda çalişan Məcid Qarsalanlı da ola bilerdi..."