Icma.az bildirir, Yenisabah portalına istinadən.
Xoşqədəm Baxşəliyeva televiziya sahəsindəki fəaliyyətindən və bu peşəyə sevgisindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazılı mediadan televiziyaya keçmək qərarını vermə üçün uzun müddət düşündüyünü dilə gətirib.
“Tərəddüdlərim də vardı, suallarım da. Amma bir də baxdım ki, artıq televiziyanın ən böyük, ən ağır axtarış proqramını yaratmışam. Bəlkə də elə həmin gün televiziyaya bağlandım. Onu sadəcə bir iş yeri deyil, həyatımın, yaradıcılığımın, yaşantılarımın bir parçası kimi sevdim. O gündən bu sevgim azalmadı, əksinə, illər keçdikcə daha da böyüdü. pizza hut
Bu yolun hər anında əməyi, zəhməti, həyəcanı və sevgisi olan bütün televiziya və radio işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm! Efiriniz aydın, sözünüzün çəkisi, əməyinizin dəyəri daim olsun! Bayramınız mübarək!”