Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məhəmmədovdur.
“Qafqazinfo” xəbər verir ki, hazırda onun ailəsi də reanimasiyadadır.
Belə ki, onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun və Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
Həmin binada yaşayan jurnalist Heydər Mirzə sosial şəbəkə hesabında ailənin fotosunu paylaşıb.