Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İrlandiyalı müğənni-bəstəkar və aktyor Qlen Hansard vəfat edib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, "Bir dəfə" filmi ilə dünya şöhrəti qazanan və "Falling Slowly" mahnısına görə "Oskar" mükafatı alan sənətçi 56 yaşında dünyasını dəyişib. Məlumata görə, o, Dublində baş verən motosiklet qəzasında aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, Hansard 1990-cı ildə yaratdığı "The Frames" rok qrupunun solisti idi. O, 2007-ci ildə ekrana çıxan "Bir dəfə" filmində baş rolu canlandırıb. Filmdə səslənən "Falling Slowly" mahnısı isə 2008-ci ildə "Ən yaxşı orijinal mahnı" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdü.