Bir dəfə hazırlayın, il boyu için: dadlı limonad resepti

04.10.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ev şəraitində hazırlanan limonad həm dadlı, həm də sərinləşdirici içkidir. Bunun üçün hər dəfə limon sıxmağa ehtiyac yoxdur. Bir dəfə hazırlayacağınız konsentrat sayəsində istədiyiniz an təzə limonad içə bilərsiniz.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir

Konsentrat üçün inqrediyentlər:

Portağal– 1 kq, limon – 1 kq, şəkər – 1 kq

Hazırlanma vaxtı: təxminən 20 dəqiqə

Hazırlanma qaydası

Əvvəlcə meyvələrin qabığını soyun, sonra kub şəklində doğrayın. Soyulmuş meyvələri şəkərlə birlikdə blenderdə çəkin. Əldə etdiyiniz kütləni süzgəcdən keçirin ki, qabıq və çəyirdəklər tamamilə ayrılsın.

Kütləni plastik qaba tökün və bir gecəlik dondurucuya yerləşdirin. Şəkərin miqdarı çox olduğuna görə qarışığı asanlıqla qaşıqla götürmək mümkün olacaq.

İstədiyiniz zaman bir-iki qaşıq konsentratı stəkana əlavə edin, üzərinə qazlı və ya adi su tökün, qarışdırın və dadlı, təravətləndirici limonadınız hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью