Bir dəfədən heç nə olmaz deyənlərə Narkoloji Mərkəzin direktorundan XƏBƏRDARLIQ

04.02.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gənclərin böyük bir hissəsi narkotik maddələrə “ilk dəfədən heç nə olmaz” düşüncəsi ilə maraq xatirinə əl atır, lakin məhz bu ilk sınaq çox vaxt asılılığın başlanğıcı olur. Yeniyetmə və gənclik dövründə insan beyninin, xüsusən qərarverməyə cavabdeh olan hissələrinin hələ tam formalaşmaması, riski daha da artırır".

Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.

Direktorun sözlərinə görə, beynin inkişafı təxminən 24-26 yaşlarında tamamlanır və bu dövrə qədər verilən yanlış qərarlar ağır nəticələrə gətirib çıxara bilər:

"Uşağın formalaşmasında ailə, məktəb və sosial mühit həlledici rol oynayır. Məktəb yaşlarında xüsusilə qruplaşmalar, liderə oxşama istəyi, siqaret və digər zərərli vərdişlərə meyil yarana bilər. Bəzi uşaqlar təhsilə yönəlsə də, bir qismi diqqətdən kənarda qalır və riskli mühitə düşür. Bu səbəbdən əsas məsuliyyət valideynlərin, müəllimlərin və ümumilikdə böyüklərin üzərinə düşür. Onlar gəncləri nəzarətsiz buraxmamalı, vaxtında diqqət yetirməli, yanlış yola düşəndə çəkindirməli və düzgün istiqamət göstərməlidirlər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью