Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Evdə bir ədəd limon varsa çay süfrəsinə çox ləziz limon içlikli peçenye hazırlaya bilərsiniz.
Milli.Az turşməzə dadıyla ağızda dağılan çox ləziz limonlu üçqulaq peçenye reseptini təqdim edir.
Limonlu Üçqulaq Peçenyenin tərkibi:
Xəmiri üçün:
500 qr un
200 qr kərə yağı
200 qr xama və ya qatıq
50 qr şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu və ya 1 çay qaşığı soda
Limonlu içlik üçün:
1 ədəd limon
250 qr şəkər tozu
Limonlu Üçqulaq Peçenyelərin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda unu və otaq temperaturunda yumşaldılmış kərə yağını ovaraq umac halına gətirin. Üzərinə şəkər tozu, vanil, xama və qabarta tozu (və ya 1 çay qaşığı sodayla köpürülmüş qatıq) əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərinə streç salafan sərib 30 dəqiqəlik soyuducuya yerləşdirin./Evdar.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)