Bir eksponatın muzeyə gətirilməsi 2 milyona başa gəldi FOTO | Icma.az
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Texnika həvəskarları Almaniyanın Zinsxaym şəhərindəki Texniki Muzeyin yeni eksponatını səbrsizliklə gözləyirlər.
Avtosfer.az xarici saytlara istinadla xəbər verir ki, muzeyin ən böyük eksponatı yaxın həftələrdə ziyarətçilərin ixtiyarına veriləcək.
Bu məqsədlə ekspozisiya yenidən qurulur. Bəs söhbət hansı eksponatdan gedir?
Almaniya donanmasına məxsus, 1973-cü ildə hazırlanmış U17 sualtı qayığı 37 il istismardan sonra 2010-cu ildə ordunun balansından çıxarılb.
Bundan sonra Texniki Muzey ordu rəhbərliyini utilizasiya fikrindən daşındırmaq üçün uzun sürət danışıqlara başlayıb.
Ordu razılıq verdikdən sonra söhbətə polis qarışıb. Söhbət 500 tonluq, 50 metrlik nəhəngin daşınmasından gedir!
Qayığın dislokasiya olduğu limanla muzey arasında məsafə nə az, nə çox 650 kilometrdir. Polisin də razılığı ilə iş başlayır.
Tam oxu
Xəbəri oxu