Bir Elin Manifesti adlı ümumrespublika hekayə müsabiqəsinə start verilib | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Azərbaycan həqiqətlərinə həsr edilən "Bir Elin Manifesti" adlı birinci ümumrespublika hekayə müsabiqəsinə start verilib.
"Report"un məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək olmaqdır.
Müsabiqənin ideya müəllifi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı bildirib ki, burada iştirak üçün yaş həddi 40 müəyyən edilib.
Qeyd olunub ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə açıqlanması nəzərdə tutulur.
Şərtlərə əsasən hekayələrin təqdim olunmasının son tarixi avqustun 15-dir.
Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır.
Əsərlər hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək.
Tam oxu
Xəbəri oxu