Bir əlində telefon maşınların üzərinə “protiv” gedən sürücü 77 KY 123 VİDEO

01.05.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 77-KY-123 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. O, axına qarşı hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью