Bir əsrə yaxındır davam edən Nüvə proqramı

21.04.2025

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İranın nüvə siyasəti 1950-ci illərdə ABŞ-ın dəstəyi fonunda "sülh üçün Atom" proqramın bir hissəsi kimi təşəkkül tapmış və bu günə qədər müzakirə və mübahisə predmeti olaraq qalmaqdadır.
İnqilabdan sonra ölkə gündəminin mövzu aktuallığı dəyişdiyi üçün yeni qurulan totalitar rejim nüvə politkasını fərqli kontekstdə inkişaf etdirməyə başladı. Nəticədə, Qərb dünyası ilə Tehran arasında dərin çatlar yarandı.
Lakin reallıq təqdim olunanlardan fərqlidir. Zənnimcə, elitar mola rejiminin nüvə silahı əldə etmək istəyi ehtiyacdan daha çox siyasi varlıqla bağlı olan bir gedişatdır.
Məsələyə ortaq situasiyalarla yanaşarsaq, Şimali Koreya kimi kasıb bir dövlət bunu bacarırsa, enerji zəngini olan İran bunu çoxdan etməli idi.
Həmçinin cənub qonşumuzun elmi potensialı da bu zamana qədər ən azından bir neçə başlıq istehsal edə biləcək səviyyədədir.
Ancaq görünür niyyət başqadır. Süni düşmən obrazları əhatəsində xalqın diqqətini yayındırmaq və rejimin legitimliyi hələ uzun müddət davam etdirmək lazımdır. Bu konteksdə aparılan bütün propaqandalar hakimiyyəti qoruyub saxlamaq üçündür. Ona görə də, ABŞ-la yaradılan gərginlik görünüşü spikuliativ xarakterli bir məsələdir.
Bəlkə də, İran nə vaxtsa nüvə silahı əldə edəcək, ancaq onu istifadə etmək istəyəcəyi dövlətlər İsrail və Amerika deyil. Tehranın bütün hərbi kompaniyası Türkiyənin regionda təsir imkanlarını minimallaşdırmağa hesablanıb. Bu tarixən də belə olub, bu gün də belədir və sabah da, bu cür davam edəcək.
Pərviz Mirizadə, siyasi şərhçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью