Bir evdə 6 nəfər dəm qazından zəhərləndi

25.02.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью